IQNA

İŞİD Suriyada 2000 illik tarixə malik "bi`il şə`min" məbədini partlatdı

23:25 - August 24, 2015
Xəbər sayı: 3351068
Beynəlxalq qrup: İŞİD təkfirçi terrorist qruplaşması dünən, həftənin bazar günü, Avqust ayının 23 – də Suriyanın qədim tarixi məkanlarından biri olan Tədmir şəhərində yerləşən 2000 illik tarixə malik və UNESKO – nun dünya mirası siyahısında yer almış "bi`il şə`min" məbədini partlatdı.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "eskaynyuz" xəbər agentliyinin Ərəbcə xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Suriyanın muzey və arxeoloji əsərləri idarəsinin müdiri Məmun Əbdül – Kərim bu barədə dedi: İŞİD təkfirçi terrorist qruplaşması partladıcı maddələrdən istifadə edərək Tədmir (Palmira arxeoloji kompleksi) şəhərində yerləşən 2000 illik tarixə malik və UNESKO – nun dünya mirası siyahısında yer almış "bi`il şə`min" məbədini yerlə yeksan etmişdir.



Onun dediklərinə görə, bu partlayış o qədər şiddətli və möhkəm olub ki, həmin məbədin ətrafında yerləşən Rum əsrlərinə aid olan sütünlara da zərbə vurub.



Qeyd edək ki, İŞİD terroristləri May ayında bu şəhəri ələ keçirdikdən sonra 20 nəfər suriyalını burada edam etmişdi və keçən həftə Xalid Əsədi də - Suriyalı arxeoloq və 2000 illik Palmira kompleksinin müdiri, başını kəsərək öldürmüş və cəsədini Tədmir şəhərinin mərkəzi meydanında asmışdılar.



Bu cinayətin ardınca İrina Bukova – UNESKO – nun baş katibi, 82 yaşlı Xalid Əsədi 20 – ci əsrin ən savadlı arxeoloqlarından biri hesab edərək, vəhşicəsinə törədilmiş bu hadisəni kəskin şəkildə məhkum etdi.  



3350646

Teqlər: suriya ، palmira ، tədmir ، İŞİd
captcha